"Formula 1"-in prezidentinin qayınanası qaçırıldı
"Formula 1"-in prezidenti Berni Ekklstounun qayınanası qaçırılıb.
APA TV-nin F-1.az saytına istinadən verdiyi xəbərə görə, Aperiside Şunk San Pauluda qaçırılıb və onun qaytarılması üçün tələb edilən məbləğ 120 milyon Braziliya realıdır (36,5 milyon ABŞ dolları).
Tələb olunan məbləğ Braziliya tarixindəki ən böyük məbləğdir. Qaçırılan Aperiside Şunk "Formula 1"-in rəhbərinin 3-cü arvadı Fabiana Flozinin anasıdır. Cütlük 2009-cu ildə Braziliya Qran Prisində tanış olub, 2012-ci ildə evlənib.
Qeyd edək ki, belə bir hal Berninin başına ilk dəfə gəlmir. 2012-ci ildə Martin Pekham Ekklstouna 200 min funt sterlinq verməsə, qızı Tamaranı qaçıracağını bildirmişdi. Bu hədəyə görə o, 5 il azadlıqdan məhrum edilmişdi.
OXŞAR XƏBƏRLƏR
15:18
494
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1464
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1485
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1024
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
659
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
759