“Alma bayramı”
Qubada “alma bayramı” keçirilib. Rayon ictimaiyyətindən başqa, tədbirə millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı nümayəndələri qatılıb. “Alma bayramın”da milli adət-ənənələrimizi əks etdirən kompozisiyalar qurulub, rayonda becərilən alma növləri nümayiş olunub. Eləcə də almadan hazırlanan müxtəlif şirniyyatlar, kokteyllər və içkilər iştirakçılara təqdim olunub. Bundan başqa, "ən böyük alma" nominasiyası üzrə qalib müəyyənləşib.
APA TV-nin xəbərinə görə, bayram tədbiri çərçivəsində rayonda yaşayan azsaylı xalqların folklorunu, mətbəxini və həyat tərzini əks etdirən stendlər nümayiş olunub. “Alma bayramı” yeni istifadəyə verilən “Yaşıl teatr”ın səhnəsində tanınmış incəsənət xadimlərinin iştirakı ilə davam etdirilib.
OXŞAR XƏBƏRLƏR
18:39
212
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
218
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
203
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
974
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
997
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1238