Yardımlıda iki kəndə gedən avtomobil yolu təmir olundu
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində “Azəravtoyol” ASC tərəfindən Yardımlı rayonunda iki kəndin yolu təmir olunub.
APA TV-nin xəbərinə görə, təmir-tikinti işləri 1.1 km uzunluğunda olan Çay üzü və 2.3 km-lik Perimbel kəndlərinə gedən avtomobil yollarında aparılıb.
Hər iki kəndə aparan yollar 46 km uzunluğunda olan yerli əhəmiyyətli Yardımlı-Deman-Avana avtomobil yolundan ayrılır. Çay üzü kəndinə gedən yol sözügedən avtomobil yolunun 4.2-ci km-dən, Perimbel yolu isə 10-cu km-dən ayrılır.
İşlər çərçivəsində Çay üzü kəndinə gedən avtomobil yoluna 9 metr enində 9900 kv. m sahəyə çınqıl əsası tökülüb, kipləşdirilib. Daha sonra sözügedən yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə yolun 6600 kv. m sahəsi 6 metr enində asfaltlanıb. Bundan başqa hər bir istiqamət üzrə 1.5 metr enində olan çiyinlər qum-çınqıl qarışığından yenidən düzəldilib. Bu işlər 3300 kv. m sahəni əhatə edib.
Analoji işlər Perimbel kəndinə gedən yolda da aparılıb. Belə ki, yolun 16100 kv. m sahəsinə 7 metr enində çınqıl əsası tökülərək kipləşdirilib və asfaltlanma işləri aparılıb. Yolun 10350 kv. m sahəsinə 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib. Hər iki istiqamət üzrə 6900 kv. m sahədə 1.5 metr enində çiyinlərin yenidən düzəldilməsi işləri də aparılıb.
Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək