Jan Klod Yunker: "Türkiyə indi Avropa İttifaqına üzv ola bilməz"
Avropa İttifaqı Türkiyənin quruma üzvlüyü barədə danışıqlar prosesini dayandıra bilər. APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, bunu Avropa Komissarlığının sədri Jan Klod Yunker bildirib.
Yunker vurğulayıb ki, əgər Türkiyədə ölüm hökmü bərpa edilərsə, Ankara ilə müzakirələrə nöqtə qoyulacaq.
"İndi Türkiyədə vəziyyət elədir ki, bu ölkənin Avropa İttifaqına yaxın zamanlarda üzv olması qeyri-mümkündür", - deyə, o əlavə edib.
Xatırladaq ki, Türkiyədə baş verən dövlət çevrilişi cəhdindən sonra ölkədə fövqəladə vəziyyət elan edilib və ölüm hökmünün bərpası məsələsinə parlamentdə baxılacağı qeyd olunub. Prezident Ərdoğan isə ölüm hökmünün bərpa olunacağını bir neçə çıxışında istisna etməyib.
OXŞAR XƏBƏRLƏR
15:18
498
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1468
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1489
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1025
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
659
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
760