Rusiya yığması Yay Olimpiya Oyunlarından kənarlaşdırılmadı
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya yığmasının 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarından kənarlaşdırılmayacağını təsdiq edib.
APA TV-nin məlumatına görə, bu barədə qərar ötən gün MOK İcraiyyə Komitəsinin iclasında qəbul edilib.
Bununla bərabər, Rusiya yüngül atletlərinin Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı ilə bağlı qərarın bu idman sahəsi üzrə beynəlxalq federasiya tərəfindən qəbul ediləcəyi bildirilib. Eyni zamanda BOK Dari Klişnoy istisna ilə, rusiyalı yüngül atletlərin Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etməyəcəyini təsdiqləyib.
Əvvəllər dopinq qəbul edən rusiyalı idmançıların Yay Olimpiya Oyunlarına buraxılmayacağı vurğulanıb.
OXŞAR XƏBƏRLƏR
15:18
498
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1468
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1489
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1025
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
659
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
760