Sarkisyan qiyamçıların lideri ilə görüşməyə razılıq verdi
Ermənistan prezidenti Serj Sarkisyan “Yeni Ermənistan” İctimai Xilas Fondunun sədri, müxalif “Təsis parlamenti” qrupunun rəhbəri Jirayr Sefilyanla görüşməyə hazır olduğunu bildirib.
APA TV-nin “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu qondarma "Dağlıq Qarabağ Respublikası"nın deputatı Vitali Balasanyan açıqlayıb.
Qeyd edək ki, J.Sefilyan hazırda qanunsuz silah əldə etmə və saxlama ittihamı ilə həbsdədir. İyulun 17-də "Yeni Ermənistan” İctimai Xilas Fondunun silahlı üzvləri Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt ediblər. Nəticədə 1 polis əməkdaşı öldürülüb, 4 polis əməkdaşı yaralanıb. Silahlılar sonrakı günlərdə girov götürdükləri 7 polis əməkdaşını azad ediblər. Polis binasını zəbt edən silahlılar J.Səfilyanın azadlığa buraxılmasını, S.Sarkisyanın prezident postundan istefasını tələb ediblər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək