İmişlidə yanğın: 2 min ot bağlaması külə döndü
İmişlidə 2 minə yaxın ot bağlaması olan taya yanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şahverdili kəndində yaşayan İmanovlar ailəsinə məxsus təsərrüfatda qeydə alınıb.
Yanğın nəticəsində 2000 ot bağlaması, həmçinin bir neçə ev quşu və tövlənin bir hissəsi yanıb. Yanğının söndürülməsinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb. 8 ton ot yanğından mühafizə edilib. Yanğının digər ərazilərə və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
511
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1481
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1500
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1028
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
664
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
762