Bakıda külək kəsəcək, bölgələrdə yağış yağacaq
İyulun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək. Havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək