“Neftçi” Avropa Liqası ilə vidalaşdı
Avropa Liqasında mübarizə aparan “Neftçi” II təsnifat mərhələsinin cavab oyununu keçirib.
APA TV-nin məlumatına görə, “ağ-qaralar” Makedoniyada “Şkendiya” ilə cavab oyununa çıxıblar.
Bakıda keçirdiyi ilk görüşdə rəqibinin müqavimətini qıra bilməyib, qolsuz bərabərliklə kifayətlənən paytaxt təmsilçisi azarkeşlərini sevindirə bilməyib. Skopyedəki matçın, həm də növbəti mərhələyə vəsiqənin taleyini isə bir qol həll edib. Belə ki, oyunun ilk yarısında hesabı açan meydan sahibləri qarşılaşmanın sonunadək üstünlüyü əldən verməyib.
Bununla da “Neftçi”nin avrokubok mövsümü gələn il UEFA Superkubokunun oyununa ev sahibliyi edəcək “II Filip” stadionunda başa çatıb.
Qeyd edək ki, “Neftçi”yədək Azərbaycanın daha bir klubu - “Kəpəz” də avrokuboklarda mübarizəni dayandırıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək