Avropa Liqası: “Qəbələ” növbəti mərhələyə adladı
Avropa Liqasındakı təmsilçimiz “Qəbələ” II təsnifat mərhələsində cavab oyununu keçirib. APA TV-nin məlumatına görə, “qırmızı-qaralar” Macarıstanın MTK klubu ilə qarşılaşıblar.
Səfərdə keçirilən ilk görüşdə 2:1 hesabı ilə qalib gələn Roman Qriqorçukun yetirmələri görüşün taleyini birinci hissədə həll ediblər. Belə ki, ilk oyunda olduğu kimi, yenə qələbə qazanan “Qəbələ” bu dəfə hər iki qolunu fasiləyədək vurub.
Oyunun 7-ci dəqiqəsində Baqali Dabonun ötürməsindən sonra Sergey Zenyov hesabı açıb.
28-ci dəqiqədə Teo Uiks Dabonun ötürməsini başla qapıya göndərib.
Bununla da mövsümdə keçirdiyi 4-cü oyunda 3-cü qələbəsini qazanan “Qəbələ” III təsnifat mərhələsinə yüksəlib.
Qriqorçukun yetirmələri bu mərhələdə Fransa təmsilçisi “Lill”lə görüşəcək.
Qeyd edək ki, növbəti mərhələnin ilk oyunları iyulun 28-də baş tutacaq. “Qəbələ” həmin gün Fransada “Lill”in qonağı olacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək