NATO baş katibi: "Türkiyədə hərbçilərin həbsi ordunu..."
NATO-nun baş katibi Türkiyə Silahlı Qüvvələrindəki istefalar və hərbçilərin həbslərinə münasibət bildirib.
APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, Yens Stoltenberq bu halların Türkiyə ordusunu zəiflətmədiyini açıqlayıb.
"Türkiyə çoxsaylı və peşəkar orduya sahibdir. Mən əminəm ki, onlar NATO ilə həmişə var qüvvələri və sədaqətlə davam edəcəklər" - deyə o qeyd edib.
Baş katib Türkiyənin çevriliş cəhdinə qarşı reaksiyasının proporsional olacağı və alyansın dəyərləri ilə ziddiyyət təşkil etməyəcəyi qənaətindədir: "Türkiyənin NATO ilə güclü müttəfiq kimi gələcəkdə əməkdaşlığı bizim hamımız üçün vacibdir. Bu həm də ona görə vacibdir ki, Türkiyə NATO-nun müşahidə etdiyi vəziyyətin stabil olmadığı İraq və Suriyanın sərhədində yerləşir".
OXŞAR XƏBƏRLƏR
15:18
583
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1550
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1567
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1031
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
667
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
765