Bakıda rəqqasənin obyektindən oğurluq edildi
Bakıda oyun salonlarının birindən oğurluq olub. APA TV-nin məlumatına görə, hadisə Səbail rayonunda, Bayıl qəsəbəsinin “Dağlılar məhəlləsi” kimi tanınan ərazisində tanınmış rəqqasə Nigar Köksala məxsus obyektdə baş verib.
Oyun salonuna oğurluğa gələn şəxslər bu işi çox asanlıqla həyata keçiriblər. Zərərçəkənin sözlərinə görə, gecə saat 01:00 radələrində anası oyun salonunun qapısını açarla bağlayaraq evə gedib. Səhəri gün isə hava isti olduğundan, günorta saat 16.00-da salonu açmağa gələn Nigar qapının açıq olduğunu görüb.
Bundan sonra 41-ci Polis Bölməsinə müraciət edən Nigar Köksal hadisənin üstündən 3 gün keçməsinə baxmayaraq, oğrulardan bir xəbər olmadığını deyir. Onun sözlərinə görə, oğrular oyun salonunun yaxınlığındakı fərdi yaşayış evinin təhlükəsizlik kamerasına düşüblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək