Ərdoğanın qaldığı hotelə hücum edən helikopterlər və əsgərlər yoxa çıxıb
Türkiyədə hərbi çevriliş cəhdində istifadə edilən 2 ədəd hərbi helikopterin harada olduğu hələ də məlum deyil. APA-nın xəbərinə görə, bunu “Hürriyet” qəzetinin yazarı Əbdülqadir Selvi bildirib.
Ə.Selvi yazıb ki, iyulun 17-dən 18-nə keçən gecə havaya qalxan iki hərbi helikopter Marmaris istiqamətindəki meşəlik əraziyə doğru uçub. Helikopterlərin haradan qalxdıqları və haraya endikləri bəlli deyil. Onların hərbi çevriliş cəhdi baş verən gecə prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı hotelə hücumda iştirak edən və daha sonra meşəyə qaçan 25 nəfərlik qrupu xilas etmək üçün həmin əraziyə uçduqları güman olunur.
Hazırda helikopterlərin və əsgərlərin axtarışı davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
15:18
601
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1568
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1580
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1034
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
669
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
767