Binəli Yıldırım: "ABŞ Fətullah Güləni verməsə, düşmənimiz olacaq"
Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-ın bu ölkədə mühacirətdə yaşayan nurçu şəbəkəsinin lideri Fətullah Güləni təcili olaraq Türkiyəyə təhvil verməli olduğunu deyib.
APA TV-nin "Reuters"ə istinadən xəbərinə görə, baş nazir bildirib ki, əgər bu baş verməzsə, Türkiyə ABŞ ilə münasibətlərini yenidən nəzərdən keçirəcək.
Rəsmi Ankara son günlər F.Gülənin ölkəsinə ekstradisiyası ilə bağlı Vaşinqtona təzyiqləri artırıb.
Hökumət başçısı isə bir qədər də irəli gedərək, Fətullah Gülənə sığınacaq verən ölkəni Türkiyənin düşməni adlandırıb.
Qeyd edək ki, rəsmi Ankara Türkiyədə baş verənlərə görə birbaşa Fətullah Güləni ittiham edir.
OXŞAR XƏBƏRLƏR
15:18
660
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1627
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1639
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1035
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
669
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
769