Türkiyənin Azərbaycandakı keçmiş səfiri çevriliş cəhdi zamanı yaralanıb
Türkiyənin Almaniyadakı keçmiş səfiri Hüseyn Avni Qarslıoğlu iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdi zamanı yaralanıb.
APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Ankarada hərbi helikopterdən açılan atəş nəticəsində H. A. Qarslıoğlu ayağından xəsarət alıb.
Xəstəxanaya yerləşdirilən diplomat tibbi yardım göstərildikdən sonra evə buraxılıb. H. A. Qarslıoğlunun ayağındakı xəsarətə baxmayaraq, yeriyə bildiyi deyilir.
Qeyd edək ki, Almaniya Bundestaqı 2 iyunda qondarma "erməni soyqırımı"nı tanıdıqdan sonra Türkiyənin bu ölkədəki səfiri H.A.Qarslıoğlu geri çağırılıb.
Xatırladaq ki, H.A.Qarslıoğlu daha əvvəl Azərbaycanda səfir kimi fəaliyyət göstərib.
OXŞAR XƏBƏRLƏR
15:18
660
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1627
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1638
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1035
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
669
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
769