Sabirabad polisi əməliyyat keçirdi: 2 narkotacir tutuldu
Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkiləri əkən 2 nəfər saxlanılıb.
APA TV-nin məlumatına görə, Sabirabad RPŞ-nin keçirdiyi “Xaşxaş 2016” tədbirlər planı çərçivəsində rayonun Məmişlər kəndi ərazisində icarəyə götürülmüş meşə zolağının yaxınlığında yerləşən torpaq sahəsində aqrotexniki qaydada qulluq göstərilərək becərilən 217 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkən rayonun Kürkəndi kənd sakinləri - 1977-ci il təvəllüdlü Zülfüqarov Mehman Saday oğlu və 1977-ci il təvəllüdlü Ağayev Natiq Ağəli oğlu şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
660
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1627
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1639
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1035
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
669
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
769