Şəmkirdə maşın aşdı: 2 ölü
Şəmkirdə avtomobilin aşması nəticəsində 2 nəfər ölüb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə Şəmkir-Daşkarxana yolunda qeydə alınıb.
Rayon sakini, 17 yaşlı Sarvan Rəhimov tərəfindən idarə olunan “VAZ-21099” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sürücü və sərnişini 17 yaşlı Elbrus Nəcəfov hadisə yerində ölüb. Digər sərnişin, 16 yaşlı Elnur Həsənov isə müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
660
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1627
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1639
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1035
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
669
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
769