“Muravey” “KamAZ”ın altına girdi: 1 ÖLÜ
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 18-də Lənkəran-Boradigah şose yolunun rayonun Separadi kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonunun Tükəvilə kənd sakini, 45 yaşlı Seyran Aslan oğlu Mirzəyevin idarə etdiyi “Muravey” markalı motosiklet rayonun Cil kənd sakini, 23 yaşlı Ramiz Tahir oğlu Tağızadənin idarə etdiyi 42 BP 664 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobilinin altına girib. Nəticədə çoxsaylı bədən xəsarətləri alan motosikletin sürücü hadisə yerində ölüb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:39
246
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
246
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
232
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
976
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
999
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1241