Türkiyədə hərbi çevrilişin nəticəsi: 2418 hərbçi həbs edildi
Türkiyədə baş vermiş hərbi çevrilişə cəhddən sonra 29 general, 2389 hərbçi və əsgər həbs edilib. Saxlanılanlar arasında prezident Ərdoğanın hərbi müşaviri də var.
APA TV-nin xəbərinə görə, bu barədə Türkiyənin NTV kanalı məlumat verib.
Qiyamçılardan 8 nəfər hərbi helikopterlə Yunanıstana qaçıb.
Eyni zamanda Ankara Baş Prokurorluğu 2745 nəfər hakim və prokurorun saxlanılması barədə sanksiya verib. Həbs olunanlar arasında Konstitusiya Məhkəməsinin iki üzvü də var.
Hadisələr nəticəsində 290 nəfər ölüb, 1400 nəfər isə yaralanıb. İyulun 17-də Türkiyənin hər yerində həyatını itirənlərin dəfn mərasimləri keçirilib.
OXŞAR XƏBƏRLƏR
15:18
664
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1633
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1642
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1036
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
670
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
770