Türkiyədə ordu generalı həbs edildi: əməliyyatda mayor öldürüldü
Türkiyə Silahlı Qüvvələrinin 2-ci ordusunun komandanı, ordu generalı Adəm Huduti həbs edilib.
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, ordu generalı A.Huduti hərbi çevriliş cəhdi ilə əlaqədar saxlanılıb. O, son sutka ərzində həbs edilən ən yüksək rütbəli zabitdir.
Malatya qarnizonunun komandanı, general Avni Anqun və daha 2 general da həbs edilib. Malatyada keçirilən əməliyyatda mayor Fatih Kılınç öldürülüb.
Qeyd edək ki, qərargahı Malatyada yerləşən 2-ci ordu İran, İraq və Suriya istiqamətlərinin müdafiəsinə cavabdehdir. 2-ci ordunun 120 min hərbi və mülki personalı var.
OXŞAR XƏBƏRLƏR
15:18
664
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1633
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1642
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1036
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
670
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
770