Türkiyə məhkəmə sistemində kütləvi həbslər başladı
Türkiyənin məhkəmə-hüquq sistemində çalışan və FETÖ (fətullahçı terror təşkilatı) mənsubu olduğu bildirilən şəxslərin kütləvi şəkildə işdən çıxarılmasına və həbsinə başlanıb.
APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi xəbərə görə, Türkiyənin Məhkəmə-Hüquq Şurası (Hakimlər ve Savcılar Yüksek Kurulu) 2 745 hakimin vəzifədən kənarlaşdırılması haqqında qərar qəbul edib. Şuranın özünün isə 5 üzvünün səlahiyyətlərinə xitam verilib.
Türkiyədə dövlət idarələri arasındakı mübahisələrə baxan və qanun, qərar layihələrinə rəy verən məhkəmə orqanı - Danıştayın isə 5 üzvü həbs edilib, qurumun daha 4 üzvü yazılı həbs sanksiyası olmadığı üçün qərara tabe olmayacağını bildirib.
OXŞAR XƏBƏRLƏR
15:18
664
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1633
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1642
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1036
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
670
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
770