Türkiyədə 104 qiyamçı öldürülüb - RƏSMİ
Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi zamanı 41 polis, 2 hərbçi və 47 mülki şəxs, ümumilikdə 90 nəfər həlak olub.
APA TV-nin Türkiyə müxbirinin xəbərinə görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əvəzi, 1-ci ordunun komandanı, ordu generalı Ümit Dündar deyib.
Ü. Dündar 104 qiyamçı hərbçinin öldürüldüyünü bildirib. O, çevriliş cəhdinin qarşısının alındığını bəyan edib.
APA-nın Türkiyə müxbirinin “Baş Qərargahda zəiflik, boşluq haradan yaranıb ki, çevrilişə cəhd olunub, Baş Qərargah rəisi, ordu komandanlarını girov götürüblər?” sualına Ü. Dündar belə cavab verib:
“Bu məsələ hələ çox təzədir. Bununla bağlı şərh verməyi düzgün saymıram. Zamanı çatanda onun da şərhi veriləcək. Hələlik bu barədə danışmaq istəmirəm”.
OXŞAR XƏBƏRLƏR
15:18
664
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1633
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1642
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1036
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
670
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
770