Türkiyənin Baş Qərargah rəisi qiyamçıların girovluğundan azad edildi
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın hərbi çevrilişə cəhd edənlərin girovluğundan azad edildiyi bildirilir. APA TV-nin məlumatına görə, bu barədə "CNN Türk" xəbər yayıb.
Xəbərə görə, girov götürülmüş Baş Qərargah rəisi Akınçı hərbi bazasına aparılıb. Hazırda onun səhhətinin normal olduğu və davam edən əməliyyata rəhbərliyi üzərinə götürdüyü də qeyd olunur.
Hulusi Akarın girovluqda olduğu müddət ərzində Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi vəzifəsi I Ordu Komandanı, ordu general Ümit Dündara tapşırılmışdı. Bunu Türkiyənin baş naziri Binali Yıldırım TRT-yə açıqlamasında bildirmişdi.
OXŞAR XƏBƏRLƏR
15:18
665
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1633
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1642
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1036
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
670
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
770