Türkiyə prezidentinin köməkçisi girov götürüldü
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbul Atatürk Hava Limanında xüsusi açıqlama ilə çıxış edib.
APA-nın xəbərinə görə, Ərdoğan bildirib ki, Silahlı Qüvvələrin içində azlıqda olan bir dəstə hərbi çevrilişə cəhd edib.
"İndi baş verən Vətənə xəyanətdir. Onlar bunun hesabını çox ağır ödəyəcəklər. Onlar millətin səsləri ilə vəzifədə olan Rəcəb Tayyip Ərdoğanı və hökuməti bitirə bilməzlər".
Ərdoğan bu hadisənin "parelel yapı" ilə bağlı olduğunu açıq ifadə edib.
Ərdoğan xüsusi köməkçisinin girov götürüldüyünü də açıqlayıb.
O, həmçinin, baş qərargah rəisinin vəziyyəti barədə də xəbərsiz olduğunu qeyd edib.
Türkiyə prezidenti Silahlı Qüvvələrdə artıq həbslər başladığını və bunun davam edəcəyini də bəyan edib.
OXŞAR XƏBƏRLƏR
15:18
664
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
1633
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
1642
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1036
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
670
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
770