Ağsuda hamilə qadın dünyasını dəyişdi

Ağsu rayonunda hamilə qadın dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Ağsu rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

 

Rayonun Qaraqaşlı kənd sakini, 1987-ci il təvəllüdlü Günel Əlipaşa qızı Mirzəyeva 22 həftəlik hamiləliyi dövründə qəflətən halı pisləşib və onu təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə aparıblar. Ana bətnindəki 5 aylıq uşağın ölmüş olduğu məlum olub və süni yolla doğuş edərək uşağı götürüblər. Həkimlərin səyinə baxmayaraq, ananın da həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən Günel Mirzəyeva 3 ildir ki, ailəli idi və ilk övladını dünyaya gətirəcəkdi.

 

Mərhumun ailəsindən APA TV-yə bildiriblər ki, həkimlərdən şikayətçi deyillər. Ölümün dəqiq səbəbləri ekspertizanın rəyindən və aparılan araşdırmalardan sonra bəlli olacaq.

 

Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR