Putinin nümayəndəsi: "Moskvada MİLLƏTLƏRARASI GƏRGİNLİK hökm sürür"
“Xalqlarımız və ölkələrimiz indi hər şeyi etməlidirlər ki, kiminsə Rusiya-Azərbaycan əlaqələrini müzakirə etməsinə imkan verilməsin. Aramızdakı dostluq əlaqələri bu kriminal hadisəyə görə pozulmamalıdır”.
APA TV-nin Moskva müxbirinin məlumatına görə, bunu bir qrup azərbaycanlı jurnalistə Rusiya prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib. Onun sözlərinə görə, cinayətkarın milliyyəti olmur: “Fikrimcə, bizim üçün ən vacib şey millətlərarası münaqişənin alovlandırılmamasıdır. Bu, həm azərbaycanlı qardaşlarımız üçün, həm də rusiyalılar üçün vacibdir”.
Mixail Şvıdkoy etiraf edib ki, Moskvada millətlərarası gərginlik hökm sürür: “Şəhərin mərkəzində bu gərginlik yoxdur. Lakin kənar rayonlarda bu gərginlik var və bunu gizlətmək olmaz. Mənim nöqteyi-nəzərimdən gərginlik əsasən, bu və ya digər regionun sosial-iqtisadi problemləri ilə bağlıdır”.
Mixail Şvıdkoyun fikrincə, bu hadisədə ən vacibi Moskvada millətlərarası sülhün bərpa olunmasıdır.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"