Yardımlıda yeni körpü istifadəyə verildi
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC tərəfindən Yardımlı rayonunda yeni körpü inşa edilib.
APA TV-nin xəbərinə görə, sözügedən avtomobil körpüsü Separadi-Teşkan avtomobil yolunun 3-cü km-də Viləş çayı üzərində inşa edilərək vətəndaşların istifadəsinə verilib.
Körpünün istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə “Azəravtoyol” ASC-nin rəhbər şəxsləri, rayon rəsmiləri və kənd sakinləri iştirak ediblər.
Körpünün uzunluğu 12 metr, eni 4 metrdir. Körpünün istifadəyə verilməsi böyük sevinclə qarşılanıb. Çünki uzun müddət bu ərazidə körpününü qəzalı vəziyyətdə olması insanların gediş-gəlişində xeyli çətinliklər yaradırdı.
eyd edək ki, son aylar ərzində Separadi-Teşkan avtomobil yolundan başqa Lerik rayonu ərazisində Təbrizli kəndinə giriş avtomobil yolunun 1-ci km-də Lənkəran çayı üzərində, Astara rayonu ərazisində Siyakü-Şəmətük avtomobil yolunun 7-ci km-də Veravul çayı üzərində, Lənkəran rayonunda Mollaoba avtomobil yolunun 2-ci kilometrində Veravul çayı üzərində də yeni avtomobil körpüləri inşa edilərək vətəndaşların istifadəsinə verilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək