Dollar, avro və rubl bahalaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi artıb. Mərkəzi Bank dolların kursunu 1,5581 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında dəyər qazanıb. Avronun rəsmi məzənnəsi 1,7335 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun məzənnəsi də bahalaşıb. Hazırda 1000 Rusiya rublu 24 manat 80 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR