Bakıda qəlyan çəkən 20 nəfər saxlanıldı
Bakıda qəlyan çəkən 20 nəfər saxlanılıb. Bu barədə APA TV-yə Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat daxil olub.
Məlumatda deyilir ki, öncədən təsdiq edilmiş tədbirlər planının icrası ilə əlaqədar BŞBPİ-nin aidiyyəti xidmətlərinin əməkdaşları tərəfindən paytaxtın Səbail, Nərimanov, Binəqədi, Nəsimi və Yasamal rayonlarının ərazisində fəaliyyət göstərən çay evlərində və digər iaşə obyektlərində azyaşlıların qəlyandan istifadə etməsinin və digər zərərli vərdişlərə qurşanmasının yoxlanılması məqsədilə vaxtaşırı olaraq reydlər keçirilir.
Əməliyyat və profilaktiki tədbirlər nəticəsində ümumilikdə adları çəkilən rayonlardakı ayrı-ayrı obyektlərdə yetkinlik yaşına çatmayan 20 şəxs qəlyan çəkən zaman müəyyən edilərək saxlanılıb. Hüquqazidd əməllərə yol verən şəxslər barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək.
Bundan əlavə, yetkinlik yaşına çatmayan 3 nəfərin Binəqədi və Nəsimi rayonlarında fəaliyyət göstərən kafe və çay evlərində ofisiant kimi işlədilməsi də müəyyən edilib.
Göstərilən istiqamətdə əməliyyat və profilaktiki tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək