Bakının mərkəzindəki binada yanğın: sakinlər təxliyə edildi
Bakının mərkəzindəki binalardan birində yanğın hadisəsi baş verib.
APA TV-nin xəbərinə görə, hadisə Bakı şəhəri, Səbail rayonu Bülbül prospekti 3 ünvanında yerləşən 5 mərtəbəli binada qeydə alınıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri, eləcə də təcili yardım briqadası cəlb olunub. Bina sakinləri təxliyə edilərək, təhlükəsiz əraziyə uzaqlaşdırılıb.
Mürəkkəb taxta konstruksiyalı binanın 2-ci mərtəbəsinin arakəsmə divarlarında tüstülənmə davam etməkdədir.
FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzovun dediyinə görə, ərazidə dərhal operativ qərargah yaradılıb və hazırda hadisənin tamamilə lokallaşdırılması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir: "Yanğın binanın ikinci mərtəbəsində baş verib. Binanın konstruktiv elementləri, mərtəbələrarası örtüklər taxta konstruksiya olduğuna görə yanğın qısa müddət ərzində geniş əraziyə yayılaraq, təxminən 240 kvadrat metr sahəni əhatə edib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının binanın digər mərtəbələrinə yayılmasının qarşısı vaxtında alınıb".
Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisənin məhz hansı səbəbdən baş verdiyi istiqamətində araşdırmalar aparır.
Qeyd edək ki, əvvəllər bu binada Səbail Rayon Polis İdarəsi də fəaliyyət göstərib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək