Azərbaycan və Ukrayna prezidentləri təkbətək görüşdülər
Azərbaycanda rəsmi səfərdə olan Ukrayna prezidenti Petro Poroşenkonun iyulun 14-də rəsmi qarşılanma mərasimi olub.
APA TV-nin xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Petro Poroşenkonu qarşılayıb.
Ukraynanın və Azərbaycan Respublikasının dövlət himnləri səslənib. Prezident İlham Əliyev və prezident Petro Poroşenko fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Ukrayna prezidenti Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Petro Poroşenkoya, Ukraynanın nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub. Azərbaycan və Ukrayna prezidentləri rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyevin və Ukrayna prezidenti Petro Poroşenkonun təkbətək görüşü olub. Görüşdə Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycana ilk rəsmi səfərinin önəmi vurğulanıb. Qeyd olunub ki, Azərbaycan-Ukrayna əlaqələrinin böyük tarixi var və xalqlarımız arasında daim dostluq münasibətləri hökm sürüb. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub.
Söhbət zamanı ölkələrimiz arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək