PKK Şarlatanının ölüm xəbəri yayıldı

Türkiyədə PKK-ya qarşı keçirilən əməliyyat zamanı terror təşkilatının liderlərindən biri öldürülüb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, əməliyyat Metina bölgəsində keçirilib.

PKK-nın fəal olduğu Türkiyənin cənub-şərq bölgəsinin şimal ərazisinin sorumlusu "Sabri Başkale" kod adlı Fəthi Şarlatanın vurulduğu bildirilir. Yaralı terrorçunun hərbçilər tərəfindən ələ keçirildiyi deyilir.

Xüsusi nəzarət altında ağır yaralı halda xəstəxanaya çatdırılan Fethi Şarlatanın sağ olub-olmadığı barədə xəbər verilməməsi səbəbindən öldüyü ehtimal edilir. 


Şarlatan son üç ildə Anadolunun cənub-şərqində barrikadaların, partlayıcı maddələrin hazırlanması, bölgəyə silah və sursatın gətirilməsinin təşkilatçısı olub. Onun ölümünün PKK terrorçuları arasında təşvişə səbəb olduğu deyilir.

Fethi Şarlatanın sorumlu olduğu bölgələrin siyahısına Qars, Ağrı və Ərzurum olmaqla bir çox bölgələrin daxil olduğu bildirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR