Təhsil Nazirliyi hesabat verdi
Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Məqsəd keyfiyyətdir: Təhsilimiz təhlil müstəvisində" adlı hesabat tədbiri keçirilib.
APA TV-nin məlumatına görə, toplantıda təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, media kapitanları və bir sıra rəsmi şəxslər iştirak edib.
Tədbirdə qeyd olunub ki, son iki il ərzində Təhsil Nazirliyi tərəfindən ölkəmizdə təhsilin keyfiyyətinin artırılması üçün müxtəlif səpkili layihələr həyata keçirilib. Təhsil Nazirliyinin Təhsilin İnkişafı Şöbəsinin müdiri Emin Əmrullayev hesabatın strukturu haqqında ətraflı məlumat verib.
Hesabat tədbirində həmçinin ötən il ərzində Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində pilot layihə kimi ali məktəblərə hazırlıq qruplarının fəaliyyətə başladığı bildirilib. Eyni zamanda buraxılış imtahanlarının respublika üzrə göstəriciləri də açıqlanıb. Vurğulanıb ki, əgər 2012-ci ildə buraxılış siniflərində imtahanlardan 50 faiz şagird müsbət qiymət almışdısa, hazırda bu göstərici 67,5 faiz təşkil edib. Son üç ildə imtahanlardan "2" qiyməti alan şagirdlərin sayında da 30 faizlik azalma qeydə alınıb. Əgər 2009-cu ildə 37600 şagird buraxılış imtahanlarında mənfi nəticə göstərirdisə, indi bu göstərici 37 faiz aşağı düşüb. Ötən il respublikanın 14 rayonunda təhsil alan şagirdlərin 50 faizi buraxılış imtahanlarından müsbət qiymət alıb. 2015-ci ildə orta məktəb məzunlarının 58 faizi tələbə adını qazanıb.
Hesabat yığıncağında təhsilin inkişaf istiqamətləri, prioritetlər və təhsillə bağlı digər məsələlər geniş müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək