Kəskin istilər başlayır

Azərbaycanda sabaha gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

 

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə  21-26, gündüz  31-36 dərəcə isti, Bakıda gecə 23-25, gündüz  32-34 dərəcə isti olacağı gözlənilir.

 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu  Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraiti  əsasən yağmursuz olacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 18-23, gündüz  33-38 dərəcə isti,  dağlarda gecə 11-16, gündüz  22-27 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR