Britaniyanın yeni baş naziri: "Brexit" barədə danışıqlara vaxt lazımdır"
Mühafizəkarlar Partiyasının lideri Tereza Mey rəsmən Böyük Britaniyanın yeni baş naziri təyin edilib.
APA-nın BBC-yə istinadən məlumatına görə, bununla əlaqədar Böyük Britaniyanın kraliçası II Yelizaveta fərman imzalayıb.
İyulun 13-də, vəzifəyə təyin edildikdən dərhal sonra T.Mey İrlandiya baş naziri Enda Kelli, Fransa prezidenti Fransua Olland və Almaniyanın kansleri Angela Merkel ilə telefon danışığı aparıb.
“Söhbət zamanı baş nazir vurğulayıb ki, Britaniya xalqının Avropa İttifaqının tərkibindən çıxmaq arzusunu yerinə yetirəcək. Tereza Mey qeyd edib ki, “Brexit” üzrə danışıqlara hazırlıq müəyyən vaxt tələb edəcək. O, danışıqların konstruktiv və müsbət şəkildə keçəcəyinə ümid etdiyini bildirib”, - baş nazirin nümayəndəsi bildirib.
Xatırladaq ki, iyunun 23-də Böyük Britaniyanın Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirən referendum keçirilib. Vətəndaşların 52 faizi Böyük Britaniyanın Aİ-dən çıxmasına səs verib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək