Kirayədə yaşadığı evin otağında narkotik becərdi

Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları daxil olan məlumat əsasında evində kultivasiya yolu ilə narkotik bitkiləri əkib becərən şəxsi ifşa edib.

 

APA TV-nin məlumatına görə, Xırdalan şəhərinin “Quşçuluq” massivində kirayədə yaşayan İsmayılov Pərviz Nurəddin oğlunun müvəqqəti yaşadığı mənzildə aqrotexniki qaydada dibçəklərdə narkotik tərkibli bitkilərin yetişdirildiyi məlum olub.

 

Abşeron polisinin keçirdiyi əməliyyat zamanı ikimərtəbəli mənzilin birinci mərtəbəsində işıqlandırma və isitmə sistemi ilə təmin edilmiş otaqda uzunluğu 1 metrdən çox 80 ədəd dibçəkdə çətənə kolu aşkar edilərək maddi sübut kimi götürülüb.

 

42 yaşlı Pərviz İsmayılov saxlanılıb. Dindirmə zamanı Pərviz bildirib ki, xəstəliyi ilə əlaqədar narkotik tərkibli bitkilər yetişdirib. Bitkilərin vaxtından əvvəl yetişməsi üçün lazım olan dərman ləvazimatları da maddi sübut kimi götürülüb.

 

Polis onu da müəyyənləşdirib ki, saxlanılan şəxs 6 ay ərzində həyat yoldaşı ilə birgə kirayə yaşadığı evdən çölə çıxmayıb.

 

Pərviz İsmayılov əvvəllər xuliqanlığa görə məhkum olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR