“Rövşən Lənkəranski”yə ölüm hökmü çıxaran “qanuni oğru” həbs edildi

Moskvanın Tver məhkəməsinin qərarı ilə “Şakro Molodoy” ləqəbli Zaxariy Kalaşov barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Aslan Usoyanın (“Ded Xasan”) varisi ötən il dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş verən atışma ilə bağlı saxlanılıb. Bu gün kriminal avtoritetin evində axtarış aparılıb.

 

Axtarış zamanı polis əməkdaşları evdən iki “Makarov” tapançası, “F-1” qumbarası, həmçinin böyük məbləğdə xarici valyuta aşkar edib.

 

63 yaşlı Zaxariy Kalaşov məşhur kriminal avtoritet “Ded Xasan”ın güllələnməsindən sonra kriminal aləmin kralı statusunu alıb.

 

İspaniyada 8 illik həbs cəzasını başa vurduqdan sonra Rusiyaya ekstradisiya olunan “Şakro Molodoy” “Ded Xasan”ın qruplaşmasının liderinə çevrilib.

 

O, azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”ni “Ded Xasan”ın qətlinin təşkilində ittiham edib və barəsində ölüm hökmü çıxarıb.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR