Bakıda qohum qohumu tualetə girmək üstündə bıçaqladı

Bakıda qohum qohumunu bıçaqlayıb. APA TV-nin məlumatına görə, hadisə Bakıxanov qəsəbəsinin Aşıq Pəri küçəsində yerləşən kafedə baş verib.

 

Kafenin müştərisi olan 22 yaşlı Elvin Abbasov ölümcül bıçaqlanıb. İlkin məlumata görə, Elvin Abbasov ayaqyoluna gedib və qapının bağlı olduğunu görüb. O, qapını bir neçə dəfə döyüb. Bu zaman içəridə olan qohumu onu söyüb. Daha sonra kafedən çıxan qohumlar arasında mübahisə düşüb. Mübahisə zamanı Elvin Abbasova ağır bıçaq xəsarətləri yetirilib.

 

Hadisə şahidlərinin bildirdiyinə görə, cinayəti törədən şəxs polis əməkdaşları gələrkən qan içərisində təcili yardım gözləyən qohumunun yanında olub. O, polis işçilərinə hadisənin kim tərəfindən törədilməsindən xəbərsiz olduğunu deyib. Elvin Abbasov xəstəxanaya yola salındıqdan sonra isə qaçaraq gizlənib.

 

Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində araşdırma aparılır. Cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR