Şamaxıda “Mercedes” dərəyə aşdı, sürücü öldü
Şamaxı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 13:30 radələrində rayonun Çöl Göylər kəndi ərazisində qeydə alınıb.
Şamaxı şəhər sakini Həşimov Maarif Arif oğlu 90-BX-297 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq dərəyə aşıb. Hadisə zamanı avtomobildə tək olan sürücü Maarif Həşimov aldığı ağır xəsarətlər səbəbindən olay yerində dünyasını dəyişib. Mərhumun meyiti avtomobildən çıxarılaraq müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə təhvil verilib.
Hadisənin dəqiq səbəbi avtoekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək