Zaqatalada məsciddən pul oğurlandı
Zaqatalada məsciddən pul oğurlanıb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə iyulun 9-dan 10-na keçən gecə Zaqatala rayonunun Muxax kəndində yerləşən Cümə məscidində qeydə alınıb.
Rayonun Muxax kənd sakini, 1988-ci il təvəllüdlü Arif Qurban oğlu Aslanov məscidin 2-ci mərtəbəsindən pəncərəni sındırmaq yolu ilə məscidə daxil olaraq oradakı nəzir qutusunda olan 150 manata yaxın pulu oğurlayıb.
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, üç ay sonra həqiqi hərbi xidmətə getməli olan 18 yaşlı Arif Aslanov tutularaq istintaqa təhvil edilib. Arif Aslanov istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, məscidin nəzir qutusundan 129 manat pul oğurlayıb və bu pula mobil telefon alıb.
Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək