Qusarda silsilə oğurluqlar edən 2 nəfər tutuldu

Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində rayon ərazisində silsilə oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Urva kənd sakini Şahin Əlirzayev polis şöbəsinə xırda buynuzlu heyvanlarının naməlum şəkildə itməsi ilə bağlı müraciət edib.

 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə təqsirli bilinən Qusar rayon sakinləri - əvvəllər məhkumluq həyatı yaşayan 33 Tərlan Babayev və 24 yaşlı Cəmil Şahbazov saxlanılıb.

 

Qusar RPŞ-nin baş müstəntiqi Rafael Tağıyevin sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, onlar Xuray, İmamqulukənd, Urva və Hil kəndlərində əhaliyə məxsus xırdabuynuzlu heyvanları özlərinə məxsus “VAZ-2106” markalı maşınla açıq sahələrdən, yolun kənarlarından oğurlayıblar. Həmin şəxslərin analoji halları digər ərazilər də törətməsi araşdırılır.

 

Aparılan araşdırmalar zamanı adıçəkilən şəxslərin rayon ərazisində silsilə oğurluqlar törətdiyi müəyyənləşib. Belə ki, onlar müxtəlif vaxtlarda Qusarın Urva, İmamqulukənd, Xuray və Hil kəndlərində, ümumilikdə 12 vətəndaşa məxsus 40 başdan çox mal-qara oğurlayıblar.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR