Şabranda avtoreyd: velosipedçilər saxlanıldı
Şabran rayonunda avtoreyd keçirilib. APA TV-nin şimal bürosunun xəbərinə görə, reyd zaman yol hərəkəti qaydalarının pozulması faktları aşkarlanaraq müvafiq protokollar yazılıb.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə, sürücülük hüququ olmadan idarə edilməsi, ötmə, manevr qaydasını pozan sürücülər barəsində tədbir görməkdən ibarətdir. Əhalinin daha çox yaşadığı ərazilərdə velosipedçilər tərəfindən işıqforların, nizamlayıcının işarələrinə riayət edilməməsi, nasaz velosipeddən istifadə etməməyə qarşı nəzarət tədbirləri görülür.
Yoxlamalar zamanı nasaz velosipeddən istifadə edən 6 velosipedçi saxlanaraq maarifləndirilib. Bundan başqa, bir sıra qayda pozuntuları aşkarlanaraq, qaydaları pozan sürücülərə protokol tərtib edilib.
Şabran RPŞ-nin DYP bölməsinin rəisi Söhbət Talıbov bildirib ki, reyd zamanı sərxoş sürücü aşkar olunmasa da, hüquqsuz sürücü aşkar edilib və müvafiq protokol tətbiq olunub: "Təxminən 10-12 gün bundan əvvəl Heydər .Əliyev prospektində velosipedçi maşın tərəfindən vurulub. Bu gün də reyddə 6 velosipedçi saxlanıldı və onlar barədə müvafiq protokol tərtib olunacaq".
Şabranda bu kimi reydlərin mütəmadi keçirilməsi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək