İtaliya mafiyasının "Traktor" ləqəbli bossu öldü

İtaliya mafiyasının bossu sayılan şəxs ölüb. APA TV-nin Vesti.az-a istinadən məlumatına görə, Bernardo Provensiano Milan xəstəxanalarının birində dünyasını dəyişib.

 

83 yaşlı mafioz uzun illər xərçəng xəstəliyindən əziyyət çəkib.

 

Provensiano törətdiyi cinayətlərə görə hüquq-mühafizə orqanlarından 43 il gizlənə bilib. O, yalnız 2006-cı ildə ələ keçib və ömürlük həbs cəzasına məhkum edilib. Parma həbsxanalarından birində cəza çəkən mafioz bir neçə qətl hadisəsində ittiham edilib. Onun qurbanlarından ikisi məhkəmə hakimi olub. 2014-cü ildə isə Provensiano xəstəliyi ilə əlaqədar Milandakı San-Paolo xəstəxanasına köçürülüb.

 

Məşhur cinayətkar Siciliya mafiyasına 1993-cü ildən rəhbərlik etməyə başlayıb. O, buna "Toto" ləqəbli Salvatore Riininin həbsindən sonra nail olub.

Dünyasını dəyişən mafiozun ləqəbi isə "Traktor" olub. Bu ləqəb ona insanları qəddarcasına "biçdiyi" üçün verilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR