Çinin ABŞ-a qarşı ərazi iddiası böyüyür
Pekin Cənubi Çin dənizindəki adalar məsələsi səbəbindən rəsmi Vaşinqtonla münaqişəyə getməyə hazırdır.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, Çinin Xarici İşlər Nazirliyi hətta Birləşmiş Ştatlara Haaqa Məhkəməsinin çıxardığı qərarın dəstəklənməsi səbəbindən öz qəti etirazını bildirib.
Rəsmi Pekin Vaşinqtonu beynəlxalq hüquq məsələlərinə səthi yanaşmaqda ittiham edərək, eyni zamanda regionda hava hücumundan müdafiə sistemlərindən istifadə edəcəyinə işarə edib.
"Əgər söhbət Çinin Cənubi Çin dənizində hava hücumundan müdafiə zonasını yaratmaq hüququndan söhbət gedirsə, bəli, ölkəmizin buna hüququ var", - deyə, Çinin xarici işlər nazirinin müavini Lyu Çjenmin bildirib.
Son aylarda Çin regionda özünün hərbi infrastrukturunu aktiv şəkildə gücləndirir. Buna misal olaraq Parsel adalarında iki ədəd zenit-raket kompleksi, eyni zamanda hərbi gəmilərin vurulması üçün qanadlı raketlər və pilotsuz uçan aparatlar yerləşdirilməsini göstərmək olar.
Avropa İttifaqının nümayəndələri ilə Pekində gerçəkləşən görüş zamanı Çin tərəfi Brüsseldən məsələyə obyektiv yanaşma tələb edərək, heç bir halda Haaqa Məhkəməsinin çıxardığı qərarı tanımayacaqlarını bəyan edib.
Qeyd edək ki, iyulun 12-də Haaqa Məhkəməsinin Daimi Palatası rəsmi Pekinin Cənubi Çin dənizindəki ərazilərə olan iddiasının əsassız olduğu ilə bağlı qərar çıxarıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək