Ev heyvanları saxlayırsınızmı? - SORĞU

Adətən, xaricdə, ya da baxdığımız kinolarda ev heyvanı saxlayan insanlara çox rast gəlirik. Ancaq son zamanlar paytaxtımızda da ev heyvanı saxlayan sakinləri görmək mümkündür.

 

Kimisinə görə ev heyvanları insanları tənhalıqdan xilas edir, psixologiyasını sakitləşdirir, kimisinə görə də onları qoruyur. Hərənin ev heyvanları saxlamaq üçün öz səbəbləri var.

 

Görəsən, paytaxt sakinlərinin ev heyvanlarına münasibəti necədir?

 

- Saxlamıram, çünki evdə heyvan istəmərəm. İyrənirəm, təmizlik üçün.

 

- Yox. Xoşlamıram evdə heyvan.

 

- Bəli, saxlayıram. Pişik, it. Psixoloji adamı sakitləşdir, həm də xoşlayıram ev heyvanlarını.

 

- Xeyr, xoşlamıram.

 

- Əvvəl saxlayırdım balıq, kirpi, dovşan, pişik, it. Amma indi saxlamıram. Böyümüşəm, ona görə.

 

- Yox, tüklərinə görə.

 

- Bir az diksinirəm, amma bir itim var idi. Oğlumun ovçarkası var idi. Çox sədaqətli heyvandır. Həyatımda anamdan sonra məni sevən yeganə canlı o idi. Allaha, dinə inam varsa, mütləq heyvanlara baxmaq lazımdır. Ac qalmış, çöldə qalmış, yaralı heyvanlara da mütləq baxmaq lazımdır.

 

- Həyətdə itimiz var. Həm qoruyur, həm də pişiklərimiz insanın ruhunu dincəldir.

 

- Xeyr. Pişikdən iyrənirəm, başqa heyvanları da saxlamağa şərait yoxdur.

 

- Balıq saxlamışam, o da sevirdim, yəni heyvanlara qarşı simpatiyam var.

 

- Xeyr. Biz həyət evində yaşayırıq. Demək olar ki, pişiklər var. Ancaq belə maraqlı deyil. Başqa millətdən olan insanlar daha çox meyllidirlər ev heyvanları saxlamağa.

 

- Xeyr, iyrənirəm sadəcə olaraq.

 

- Mən burada tələbəyəm, ona görə ev heyvanları saxlamağa şərait yoxdur.

 

- Yox, xoşum gəlmir iyrənirəm, tükü düşər, sonra bir şey olar.

 

- İstəmişəm, valideynlərim icazə verməyib balaca vaxtı. İt saxlamaq istəmişəm. Deyirlər ki, itlər insanların ən yaxın dostlarıdır. Ona görə it saxlamaq istəmişəm həmişə. Amma icazə verməyiblər. Mən öz övladıma icazə verəcəyəm.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR