Erməni kəşfiyyatçı: "Payızın əvvəlində Azərbaycan hücuma keçəcək, çünki..."

"Bu ilin sentyabr-oktyabr aylarında Dağlıq Qarabağ cəbhəsində atışmalar intensivləşəcək".

 

APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu fikirləri xüsusi təyinatlı kəşfiyyatçılar diviziyasının komandiri Vova Vardanov jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, avqust ayında Azərbaycanda Türkiyə Silahlı Qüvvələrinin dəstəyi  ilə keçirilən xüsusi təyinatlıların hazırlıq kursları yekunlaşacaq və bu kursları bitirənlər cəbhədəki hərbi əməliyyatlara cəlb ediləcək.

 

Lakin payızda vəziyyət daha da gərginləşəcək və Azərbaycan tərəfinin hava şəraitindən istifadə etməklə, müəyyən mövqelərdə hücuma keçməyə cəhd göstərəcək: "Azərbaycan ordusu həmin vaxt onlara qarşı döyüşəcək texnikanın palçığa batacağını yaxşı bilir, buna görə də yaranmış vəziyyətdən maksimum istifadə edəcək". 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR