Gəncədə maskalı basqın: ev sahibini döyüb öldürdülər

Gəncədə maskalılar evə basqın ediblər. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə ötən gecə şəhərin Dədə Qorqud küçəsi-19 ünvanında qeydə alınıb.

 

Bir neçə maskalı şəxs Famil Bayramovun mənzilinə girərək pul tələb edib. Maskalılar onlara heç nə verməyən 67 yaşlı Famil Bayramovu döyərək öldürüblər. Onun həyat yoldaşı, 69 yaşlı Gülnaz Məmmədovaya isə ağır bədən xəsarətləri yetiriblər.

 

Qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR