Rusiya-NATO görüşü: nə gözlənilir?

Bu gün Belçikanın paytaxtı Brüsseldə Rusiya-NATO Şurasının iclası keçiriləcək.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, toplantının əsas mövzusu alyansın Rusiya sərhədləri yaxınlığında möhkəmlənməsi və bu qərarın ümumilikdə Avropanın təhlükəsizliyi baxımından törədə biləcəyi nəticələr olacaq.

 

Şuranın iclasında həmçinin Ukrayna və Əfqanıstandakı vəziyyətin də nəzərdən keçiriləcəyi gözlənilir.

 

Brüsseldə keçiriləcək görüş əlaqələrin formal olaraq dondurulmasından sonra sayca üçüncü olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR