OPEK: "Neft bazarında defisit yaranacaq"

"Mövcud iqtisadi problemlərə, eləcə də Çin tərəfindən neftə olan tələbatın azalmasına baxmayaraq, artıq yaxın üç ay ərzində neft bazarında defisit yarana bilər". APA TV-nin Rusiya saytlarına istinadən məlumatına görə, bu proqnoz OPEK-in hesabatına yer alıb.

 

Təşkilatdan qeyd edilib ki, cari ilin üçüncü rübündə yanacağa olan tələbatda müəyyən sıçrayış müşahidə olunub ki, bunun da əsas səbəbi aviasiya benzini, yanacaq və məkanların soyudulması üçün istifadə olunan elektrik enerjisinə tələbatın ənənəvi olaraq artmasıdır.


Yuxarıda sadalanan səbəblərdən dolayı üçüncü rübdə ikinciyə nisbətən neftə olan tələbat 1,9 milyon barel artaraq, sutka ərzində 95,15 milyon barelə çatacaq.

2008-ci ildə neft bazarında böhranın yaranmasından sonra OPEK ölkələri hasilat səviyyəsini artırsa da, bu göstərici də artmaqda olan tələbatı ödəməyə imkan verməyib. Bu yerdə hasilat səviyyəsindəki artımın yeganə ölkə - Səudiyyə Ərəbistanı tərəfindən təmin edildiyini xatırlatmaq yerinə düşər.

Bütün bu amillərə baxmayaraq, bu il 2013-cü ildən sonra ilk dəfə dünya bazarında yanacaq qıtlığı meydana gələcək. Bu arada, OPEK-in bu açıqlaması çərşənbə axşamı dünya bazarlarındakı neft qiymətlərinin 5 faiz həcmində artmasına səbəb olub.

 

Bəzi analitiklər isə təşkilatın açıqladığı proqnozların heç də hər zaman özünü doğrultmadığını və OPEK üzvü olmayan ölkələri əhatə etmədiyini deyir.

Proqnoza gəlincə, təşkilat 2017-ci ildə dünya üzrə neftə olan tələbat gündəlik 1,15 milyon barelədək artacaq. Bununla belə, təşkilatda Azərbaycan, Qazaxıstan, Vyetnam, Meksika, Kolumbiya, ABŞ və Rusiyanın hasilat səviyyəsini məhdudlaşdıracağını hesab edirlər.


Yeri gəlmişkən, Rusiyada hasilatın sutka ərzində ümumilikdə 40 min barel azalacağı güman edilir ki, bu da statistik bir göstərici hesab olunur. ABŞ-a gəlincə, burada hələlik mənfi dinamika müşahidə olunsa da, burada fəaliyyətdə olan neft buruqlarının sayı həftələrdir artmaqda davam edir ki, bu amil ştatlarda hasilatın artacağını deməyə əsas verir. Hələ ki slans şirkətlərini məhz hansı qiymətin qane etdiyi məlum olmasa da, ekspertlərin çoxu bu səviyyənin 50 dollar civarında olduğu qənaətindədirlər.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR