Sanders geri çəkildi - KLİNTONA GÖRƏ

Vermont ştatının senatoru və ABŞ prezidentliyinə namizəd Berni Sanders Ağ Ev sahibi olmaq iddiasından vaz keçib.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, Sanders bu addımı Hillari Klintonu dəstəkləmək məqsədilə atıb.

Senator onu dəstəkləyən 13 milyon amerikalıya təşəkkür edib və bildirib ki, ABŞ prezidentliyinə ən layiqli namizəd xanım Klintondur.

Xatırladaq ki, Hillari Klintonu bir neçə gün əvvəl dəstək mitinqlərinin birində hazırkı prezident Barak Obama da dəstəklədiyini vurğulayıb. Klintonun əsas rəqibinin isə milyarder Donald Tramp olacağı şübhəsizdir. Xanım namizədin bu ay demokratlar cəbhəsindən rəsmən namizəd elan ediləcəyi gözlənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR